COP29-da "Şəffaflıq və uyğunlaşma" mövzusunda yan tədbir keçirilib
2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Mavi Zonada yerləşən Qazaxıstan Respublikasının ölkə pavilyonunda "Şəffaflıq və uyğunlaşma" mövzusunda yan tədbir keçirilib. Tədbir CAREC və Azərbaycanın “Ecomed” təşkilatlarının birgə təşəbbüsü ilə baş tutub.
Tədbirdə müxtəlif sahələrdən ekspertlər, o cümlədən Dilovarşo Dustzoda, Gülşən Axundova və digərləri təqdimatlar ediblər. Panel müzakirələri zamanı iştirakçılar iqlim dəyişmələrinin təsirləri, şəffaflıq və adaptasiya haqqında fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları aparılan müzakirələri qlobal miqyasda iqlim fəaliyyətini gücləndirmək və yaşıl enerji həllərinin təbliği istiqamətində birgə əməkdaşlıq üçün vacib platforma kimi qiymətləndiriblər.