ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu müzakirə olunub
23 FEVRAL 2022 - 00:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyəti QHT-lərin rəhbərləri iştirak ediblər.

Görüşün məqsədi QHT nümayəndələri ilə gender zəminində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda müzakirələr aparmaq olub.

Aygün Əliyeva bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində fəal iştirakı üçün şərait yaradılıb və mühüm işlər görülüb. Azərbaycanda fəaliyyət göstərən aidiyyəti QHT-lərin zorakılıqla mübarizədə fəal iştirakı problemin həllində çox vacibdir.

Günel Səfərova çıxışında qeyd edib ki, ümumiyyətlə, gender zəminində zorakılıq mövzusunda QHT-lərin fəaliyyətinin gücləndirilməsinə, dövlət qurumları ilə əməkdaşlığın qurulmasına ehtiyac var. “Azərbaycanda ilk dəfə gender zəminində zorakılıqla bağlı Milli Fəaliyyət Planına uyğun olaraq QHT-lərin və müvafiq dövlət qurumlarının iştirakı ilə “Gender gündəmi” hazırlanmasını istərdik. “Gender gündəmi” baş verən hadisələrə daha operativ reaksiya verilməsində və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayacaq”, - deyə o bildirib.

Sonra QHT rəhbərlərindən Novella Cəfəroğlu, Kəmalə Ağazadə, Məleykə Əlizadə, Vüsalə Hüseynli, Gülayə Səfərova, Samirə Mustafayeva, Sevinc Fədai, Ziba Nəbiyeva, Rahilə Mehtiyeva, Bahar Qasımova, Nailə İsmayılova, Pərvanə Məmmədova, Xanım Əhmədzadə çıxış edərək zorakılıq hallarının araşdırılmasında, zorakılığın bütün növlərinə qarşı mübarizə sahəsində və probleminin həllində QHT-lərin iştirakının əhəmiyyətindən danışıblar. QHT rəhbərləri “Gender gündəmi”nin hazırlanması, İstanbul Konvensiyasının ratifikasiyasına nail olunması, məişət zorakılığı haqqında qanunda müdafiə mexanizmlərinin, qadınlardan ibarət platformanın, Bələdiyyələrdə qadın otaqlarının və təhlükəsizliklə bağlı mobil tətbiqin yaradılması təklifləri ilə çıxış ediblər.

Sonda QHT sədrləri adından Bəyanat qəbul olunub.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl