
Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri və Agentliyin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları və Agentliyin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Xocalı abidəsini ziyarət ediblər. Agentliyin İcraçı direktoru Aygün Əliyeva və Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic mətbuata açıqlamalar veriblər.
Xocalı faciəsinin 30 illiyi ərəfəsində Azərbaycana səfər edən Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri soyqırımının ildönümü ilə əlaqədar tədbirlərə qatılıblar, işğaldan azad olunmuş ərazilərə səfər ediblər, bir qrup qadın QHT rəhbərləri ilə, əsir və itkin düşmüş şəxslərin ailələri ilə, şəhid ailələri, veteran, hərbyönülü QHT-lərlə görüşlər keçirilib.
Qeyd edək ki, Srebrenitsa analar cəmiyyəti və Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT birlikdə beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.