ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İlqar Məmmədov

MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ

1962-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix və hüquq fakültələrini bitirib. Daxili İşlər orqanlarında və Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində çalışıb.

 

2002-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayaraq Notariat və VVAQ idarəsinin rəisi, 2006-cı ildən Qeydiyyat və notariat baş idarəsinin rəisi, 2022-ci ilin noyabr ayından hazıradək isə Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisidir.

Ədliyyə Nazirliyi Kollegiyasının və Ədliyyə Nazirliyinin Apellyasiya Şürasının üzvü, Ədliyyə Nazirliyinin İxtisas Komissiyasının sədr müavini, Mediasiya fəaliyyətinin təhlili və səmərəliliyinin artırılması üzrə İşçi qrupun və Azərbaycan Notariat Palatasının Müşahidə Şürasının sədridir. Fəxri ədliyyə işçisidir.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2004-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə", 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalları, 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2009-cu il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

2008-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, 2021-ci ildən hazıradək isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şürasının üzvüdür.

 

Ailəlidir. 2 övladı var.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl