Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn növbəti iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair hesabatı” layihəsi haqqında (üçüncü müzakirə); “Agentliyin 2023-ci il Fəaliyyət Planı” layihəsi haqqında (üçüncü müzakirə); “Agentliyin 2023-ci il üzrə maliyyə planlaşdırması və büdcəsi” layihəsi haqqında (ikinci müzakirə) və cari məsələlər müzakirə edilib.
Müzakirələr əsasında “Agentliyin 2023-ci il Fəaliyyət Planı” layihəsi və “Agentliyin 2023-ci il üzrə maliyyə planlaşdırması və büdcəsi” layihəsi təsdiq olunub və müvafiq qərarlar qəbul edilib.
“Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair hesabatı” layihəsi Müşahidə Şurasının növbəti iclasında müzakirə edilməsi qərara alınıb.