Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq yeni mərhələdə
Növbəti görüşlər Türkiyə Böyük Millət Məclisdə baş tutub. Agentliyin nümayəndə heyəti Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədr müavini Abdulhadi Turus ilə görüşüb. Aparılan müzakirələr zamanı iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulanıb, hər iki qurumun təmsilçilərindən ibarət işçi qrupunun yaradılması və Birgə Fəaliyyət Planının hazırlanması təklif olunub. Qısa müddətdə işçi qrupun yaradılması və işə başlaması razılaşdırılıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım vətəndaş cəmiyyəti təsisatları ilə bağlı hər iki ölkənin qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu qeyd edib.