ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bosniya və Herseqovinanın QHT nümayəndələri bir qrup QHT rəhbəri ilə görüşüblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri ölkəmizdə fəaliyyət göstərən bir qrup qadın QHT rəhbərləri ilə görüşüblər.

Görüşün məqsədi Xocalı və Srebrenitsa soyqırımıları, soyqırımı qurbanları, qarşılıqlı əlaqəlar və iş təcrübəsi haqqında fikir mübadiləsi aparmaq olub.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva Xocalı soyqırımı haqda məlumat verdikdən sonra hər iki faciəyə hüquqi qiymət verilməsi üçün QHT-lərin birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Hər iki ölkənin qadın QHT rəhbərlərinin həssas sahələrdə təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edib.

Bosniya və Herseqovinanın QHT nümayəndələri elm, təhsil, mədəniyyət, sosial və media sahələrində də təcrübələrin öyrənilməsi təklifi ilə çıxış ediblər.

Görüş hər iki ölkənin QHT nümayəndələrinin gələcək fəaliyyət planlarının müzakirəsi ilə davam edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl