ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bosniya və Herseqovinanın QHT nümayəndələri Veteranlar Təşkilatında olublar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın QHT nümayəndələri və Agentliyin İcraçı direktoru Aygün Əliyevanın iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, adıçəkilən qurumun Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı polkovnik Samir Musayev də iştirak edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqları təşkilatın ofisi ilə tanış edib. Qonaqlar ofisdə Ulu öndər Heydər Əliyevin guşəsi, xatirə lövhələri ilə tanış olublar. Prezident İlham Əliyevin veteranlarla görüşündən stendləri izləyiblər.

Sonra qonaqlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, bu yaxınlarda 100 yaşını qeyd edən Fatma Səttarova ilə görüşüblər.

Qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirən Fatma Səttarova Srebrenitsa soyqırımı haqqında məlumatlı olduğunu, bu cinayəti törədənləri qınadığını deyib və bu soyqırımı aktının hüquqi qiymət almasını onların mübarizəsinin nəticəsi kimi dəyərləndirib.

Fatma Səttarova qonaqlara keçdiyi həyat yolundan, İkinci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirdiyini qeyd edib.

Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Fatma Səttarovanın keçdiyi həyat yolunu böyük maraqla dinlədiyini, onun zəhmətsevərliyinin və pozitivliyinin hər kəsə örnək olduğunu deyib.

Görüş qarşılıqlı fəaliyyətin prioritetləri və zəngin təcrübə mübadiləsinin aparılması ilə yekunlaşıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl