ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq QHT-lər Agentlikdə olublar

14 oktyabr tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq QHT nümayəndələri ilə Azərbaycanlı QHT-lər arasında görüş keçirilib.

Keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İskəndərov, Agentliyin Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Toğrul Məmmədli, Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri  İlkka Yuvankovski, Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta,  Serbiyanın İriq my grad İctimai Birliyinin rəhbəri Srdan Budimic, Rumıniya Gənclərin Tərəqqi Mərkəzi Elena Minzat və Azərbaycanlı QHT-lər iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İskəndərov qonaqları salamlayıb, Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. İ.İskəndərov bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti institutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur.

Sonra çıxış edən Agentliyin Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Toğrul Məmmədli ölkəmizdə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarını  qonaqlara təqdim edib.

Çıxış edən Azərbaycanlı Qeyri-hökumət təşkilatlarının sədrləri Azər Əliyev, Vüqar Əhmədov, Ramil İskəndərli, Vüsalə Hüseynli, Ayaz Mirzəyev, Ülviyyə Axundova və Şəhla Nağıyeva öz təşkilatları haqqında geniş məlumat verərək, beynəlxalq sahədə həyata keçirdikləri layihələri diqqətə çatdırıblar.

Görüş üçün minnətdarlıqlarını bildirən qonaqlar müasir dünyada beynəlxalq əməkdaşlığın rolu və əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıblar.

Çıxışlardan sonra görüş qarşılıqlı müzakirələr əsasında davam edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl