Agentlikdə Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri Kristi Narinenlə görüş keçirilib
Yanvarın 26-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri Kristi Narinenlə görüş baş tutub.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Samir Məmmədov, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri Kristi Narinen, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin icraçı direktorun müavini Emil Çaparlı, Agentliyinin beynəlxalq məsələlər üzrə məsul əməkdaşı Toğrul Məmmədli və səfirliyin attaşesi Terhi Hakala iştirak edib.
Görüşdə Agentliyin fəaliyyəti haqqında məlumat verilib və daha sonra Səfirliyin dəstəyi ilə əvvəlki dövrdə Azərbaycanda icra olunan layihələr haqqında, Səfirliyin Azərbaycanda QHT-lərlə birgə fəaliyyəti - xüsusilə təhsil, həssas qruplarla iş, iqtisadi-sosial, milli azlıqlar, regionların inkişafı, idman, media savadlılığının artırılması, o cümlədən, Finlandiya və Azərbaycan arasında mövcud olan münasibətlər və Vətəndaş Cəmiyyəti sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.