Zakir Hacıyev
MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü.
Zakir Yusif oğlu Hacıyev 29 iyun 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 3 nömrəli ümumi təhsil məktəbində təhsil alıb.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib, müxtəlif vəzifələrdə (ayrı-ayrı sahələr üzrə) çalışıb.
2004-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində çalışır.
2004–2006-cı illərdə Nazirliyin Sosial sahələrin maliyyəsi şöbəsində aparıcı məsləhətçi, 2006–2015-ci illərdə sektor müdiri, 2015–2019-cu illərdə şöbə müdirinin müavini vəzifəsində çalışıb.
2019-cu ildən hal-hazıradək Nazirliyin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin müdir müavini vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilib.