ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Zaur İbrahimov

MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ

 İbrahimov Zaur  İbrahim oğlu ( 26 iyul 1977-ci il, Naxçıvan MR, Kəngərli rayonu) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü,  “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri.

Həyatı

Zaur İbrahimov 26 iyul 1977-ci il, Naxçıvan MR, Kəngərli rayonunda anadan olub. Evlidir, iki qızı var.

Təhsili

1984-1994-cü illərdə Naxçıvan MR Şərur rayon Qarabağlar kəndində orta təhsil alıb.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin  bakalavr pilləsində təhsil alıb. 

1999-2001-ci illərdə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsində konfliktologiya ixtisası üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildə ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun  “Təbliğat və lobbiçiliyin əsasları” və “İctimaiyyətlə əlaqələr” təlim kurslarını bitirib.

ABŞ Dövlət Departamentinin İVLP proqramının 2022-ci il məzunudur.

Fəaliyyəti:

2019-cu ildən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;

2016-cı ildən  Azərbaycan Açıq Hökumət Platforması veb saytının redaktoru, Koordinator köməkçisi;

2010-2019-cu il “Konstitusiya” Araşdırmalar Fondunda vitse-prezident;

2009-2010-ci illər Azərbaycan Silahı Qüvvələrində tağım hərbi xidmət (Tağım komandiri, hərbi rütbəsi- Baş leytenanat);

2007-2009-cu illər Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi “Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə əlaqələr” şöbəsinin Baş mütəxəssisi;

2006-2008-ci illər  Azərbaycan Kooperasiya Universiteti,  müəllim;

2005-2007-ci illər   “Ayna” qəzeti, siyasi  şərhçi;

2003-2005 - ci illər  “Paritet” qəzeti, siyası şərhçi;

2001–2003-cü illər  “Haqq Yolu” qəzeti, siyasi şərhçi;

1998-2001-ci illər  “Bu Gün” qəzeti,  siyası şərhçi.

İctimai fəaliyyəti:

 2022-ci il  USAİD tərəfindən dəstəklənən ECSOFT (Empowering Civil Society Organizations for Transparency) layihəsində “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi layihəsinin  aparıcı eksperti

2020-2021-ci il ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində təlimçi

2020-2022-ci il  “Şəffaflıq Azərbaycan” (Transparency Azerbaijan) Dövlət qulluqçuları üçün antikorrupsiya və etik davranış standartları kursunda təlimçi

2019-2020-ci illər  “Konstitusiya” Araşdırmlar Fondunun UNDP və AB maliyyə dəstəyi ilə icra etdiyi “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi  üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsinin eksperti

2019-cu il  "Dini ekstremizmə qarşı mübarizədə medianın və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, tolerantlıq dəyərlərinin təbliği" layihəsinin eksperti

2018-ci il  "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Tolerantlıq mövzusunda təlim və seminarlar" layihəsində ekspert

2013-cü il “Konstitusiya” Araşdırmlar Fondunun USAİD-in maliyyə dəstəyi ilə icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsində layihə rəhbəri. Layihə çərçivəsində 2012-2015-ci illər üçün Korrupsiyaya Qarşı Milli Fəaliyyət Planının icrası monitorinq edilmişdir

2012-2013-cü il “Dövlət orqanları tərəfindən göstərilən ödənişli xidmətlərin şəffaflığı və effektivliyinin artırılması” layihəsi, layihə rəhbəri

2012-ci il “Vəzifəli şəxslərin ictimaiyyətə hesabatlılığının mexanizmlərinin hazırlanması və vəkillik kampaniyası” layihəsi - layihə rəhbərinin köməkçisi

2012-ci  il  USAD-in “Azərbaycanda səhiyyə sistemninin gücləndirilməsi” layihəsinin eksperti (ictimaiyyətlə əlaqələr üzrə)

2011-ci il “OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət planı və QREQO-nun Azərbaycana etdiyi tövsiyələrin həyata keçirilməsinin alternativ monitorinqi” layihəsi - layihə rəhbərinin köməkçisi

2010-cu il  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Korrupsiya sorğusu və movcud vəziyyət üzrə illik hesabatın hazırlanması” layihəsində ekspert

2010-cu il  “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiryi “Qanunverciliyin anti-korrupsion ekspertizasının hazırlanması haqqında” Qanun layihəsinin hazırlanması” layihəsinin rəhbəri  

2009-cu il QHT-lərin Antikorrupsiya Şəbəkəsinin həyata keçirdiyi “Ölkədə korrupsiyanın vəziyyətinə dair rəy sorğusu və illik  hesabat hazırlanması” layihəsində ekspert

2008-ci  il   ACİ-YF-nin dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda İcbari Tibbi Sığorta haqqında İctimai Dinləmələr” layihəsinin assistenti

2008-ci il  “Ali təhsildə Korrupsiya: Səbəblər və nəticələr” layihəsinin eksperti

2005-ci il Dünya Bankı tərəfindən maliyyələşdirilən “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiryi “Azərbaycanda kоrrupsiya: оna qarşı nеcə mübarizə aparmalı» mövzusunda radiоvеrilişlərin hazırlanması” layihəsinin  rəhbəri

Mükafatlar

2005-ci ildə KİV-də Cənubi Azərbaycanla bağlı yazılarına görə “Savalan” mükafatına layiq görülüb

2004-cü ildə Cənubi Qafqaz Reportyorları Assosasiyası tərəfindən “İlin reportyoru” seçilib

Müəllif və həmmüəllif  olduğu  nəşrlər

QHT-lər üçün “İctimai iştirakçılıq bacarıqları” adlı vəsait

Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması – Vətəndaş cəmiyyəti üçün Bələdçi

“Azərbaycanda KİV-də ümumibəşəri dəyərlərin işıqlandırılması”  -  tədqiqat hesabatı

2022-ci il German Marshall Fund German Black Sea Trust for Regional Cooperation proqramının dəstəyi ilə  “Azərbaycanın üzləşə biləcəyi qeyri-ənənvi təhlükələr və onların qarsının alınması üzə mümkün fəaliyyətlər” mövzusunda hazırlanmıs siyasət sənədinin həmmüəllifi

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl