Nurəddin Mehdiyev
MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ

Nurəddin Səftər oğlu Mehdiyev
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü
06 iyul 1971-ci il tarixdə Bakı şəhərində anadan olub. 1978-1988-ci illərdə Bakı şəhəri Yasamal rayonu 20 nömrəli tam orta məktəbdə təhsil alıb.
1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1996-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
2003-2004-cü illər Gənclər Təşkilatlarının Milli Şurasının İdarə Heyətinin (Məclis) sədri vəzifəsində işləyib.
2012-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri olub.
2013-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
01 fevral 2008-ci il, 02 fevral 2015-ci il, 02 fevral 2017-ci il tarixlərdə gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyətinə görə “Gənclər mükafatı” ilə təltif olunub.
2017-ci ildən “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədridir.
2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
22 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin 30 dekabr 2021-ci il tarixli əmrilə 05 yanvar 2022-ci il tarixindən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
10 elmi, 40-dan çox müxtəlif səpkili məqalələrin müəllifidir.
Evlidir, bir qız, bir oğul övladı var.
Nurəddin Mehdiyevin rəhbərliyi ilə ərsəyə gələn işlər və həyata keçirilən layihələr:
- “Qarabağa doğru” sənədli filmi (Azərbaycan və ingilis dilində)
- “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmi (Azərbaycan, ingilis, rus dillərində)
- “Qarabağ Atı” animasiya filmi
- “Mübariz İbrahimov” animasiya filmi
- “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi (Azərbaycan, ingilis, rus, türk, fransız dillərində)
- “Zəngəzur” sənədli filmi (Azərbaycan, ingilis, rus dillərində)
- “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi (Azərbaycan, türk, ingilis, rus, fransız dillərində), hazırda 44 günlük Vətən müharibəsi mövzusunun əlavə edilməsi ilə yenidən yaradılır
- “Xocalı - bir millətin kədəri” sənədli filmi (Azərbaycan, türk, ingilis, rus, fransız dillərində)
- “Göyçə - itirilmiş ocaq” sənədli filmi (Azərbaycan, türk, ingilis, rus dillərində)
- “Qafqaza erməni köçü” Sənədli filmi (Azərbaycan, ingilis, rus dillərində)
- “Hər şey Qarabağ üçün!” video
- “Aprel döyüşləri” video
- “Şuşa - Virtual Səyahət”, – 3D qrafik təsvirli film
- “Ağdam - Virtual Səyahət”, – 3D qrafik təsvirli film
- “Laçın - Virtual Səyahət”, – 3D qrafik təsvirli film
- “Kəlbəcər - Virtual Səyahət”, – 3D qrafik təsvirli film
- “Qubadlı - Virtual Səyahət”, – 3D qrafik təsvirli film
- “Cəbrayıl - Virtual səyahət”, – 3D qrafik təsvirli film
- “Zəngilan - Virtual səyahət” – 3D qrafik təsvirli film
- “Füzuli - Virtual səyahət” – 3D qrafik təsvirli film
- “Zabux döyüşü” – infovideo
- “Qarabağ xanlığında sikkə zərbi” – infovideo
- “Şuşa döyüşləri” – infovideo
- “Pənahəli Xan” – infovideo
- “Qarabağ üsyanı” – infovideo
- “Azıx mağarası” – infovideo
- “Cıdır düzü” – infovideo
- “Üzeyir Hacıbəyli” – infovideo
- “Xarıbülbül” – infovideo
- “Uzundərə” Azərbaycan xalq rəqsi – infovideo
- Qarabağa dair müxtəlif mövzularda 80-ə yaxın infoposter yaradılıb (Azərbaycan, ingilis , rus dillərində)
- “Qarabağın səsi” beynəlxalq musiqi layihəsi (Heydər Əliyev Fondunun dəstəyilə)
- “Virtual Qarabağ tarix muzeyi” virtual muzey platforması
- “Qarabağ geyimləri” elektron albom
- “Qarabağ xalçaları” elektron albom
- Map.virtualkarabakh.az (Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi)
- Qarabağ mövzusunda elektron kitabxana platforması
- Mobil tətbiq platforması
- www.virtualkarabakh.az /org/com/net/co.uk portalı