ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İlqar Orucov

MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ

İlqar Nəcibəddin oğlu Orucov (19 fevral 1973, Astara rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü
Həyatı:
İlqar Orucov 19 fevral 1973-cü ildə Astara rayonunun Sım kəndində ziyalı ailəsində anadan olub. Ailəlidir, 1 oğlu var.  Oğlu Oruczadə Babək Türkiyə Respublikasının təqaüd proqramı çərçivəsində Akdeniz Universitetinin tətbiqi elmlər fakültəsində İnformasiya idarəetmə sistemləri ixtisası üzrə 2-ci kursda təhsil alır. 
Təhsili:
1979-1990-cı illərdə Sım kənd orta məktəbində orta təhsil, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində ali təhsil almış, riyaziyyat-fizika müəllimi ixtisası üzrə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 
1996-1999-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əyani doktoranturasında təhsil alıb. 
Elmi fəaliyyəti:
Akademik Mahmud Kərimovun və professor Mirzə Qurbanovun rəhbərliyi ilə “Polimer-yarımkeçirici (АIIBVI və АIII BVI) kompozitlərdə fotorezistiv və fotovoltaik effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək “bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika” ixtisası üzrə fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 
2000-2013-cü illər ərzində AMEA Radiasiya və Fizika institutlarında kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 
2005-2013-cü illərdə AMEA Fizika İnstitutunun Elmi Şurasının üzvü olub.
2005 - 2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, AMEA Gənc Alimlər Şurasının sədri vəzifələrində çalışıb.
2008-2013-cü illərdə "Gənc alimlərin əsərləri" elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktorudur.
 Təhsil və elm sahəsində 100-dən çox beynəlxalq və yerli layihələrin rəhbəri, həmçinin, 35 ölkənin 400-dən çox gənc aliminin iştirakı ilə “Avropa məkanında çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu”nun və dünyanın 96 ölkəsindən 700 gənc alimin iştirak etdiyi “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Dünya Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumunun ideya müəllifi və təşkilat komitələrinin sədri olub.
Əsas elmi əsərləri: Azərbaycanda və xaricdə çap olunmuş 100-dən çox elmi və publisistik məqalənin müəllifidir. 
İxtiraları: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçmiş 2 ixtiranın müəllifidir.
Əsas elmi yenilikləri: Ftortərkibli polyar polimerlər, qeyri-polyar poliolefinlər və fotohəssas yarımkeçiricilər əsasında kompozit fotorezistorların və fotovoltaik elementlərin yaradılmasının prinsipləri elmi olaraq əsaslandırılmış və onların əsasında daha effektli fotoelektrik çeviricilərin layihələndirilməsinin xüsusiyyətlərini təyin edən fiziki-texnoloji məsələnin həlli verilmişdir. İ.N.Orucov kompozit fotorezistorların və fotovoltaik elementlərin komponentlərinin elektrofiziki və fotoelektrik xarakteristikalarının, quruluşlarının, həcmi paylarının, optimal texnologiyasının seçilməsi üçün təkliflər işləmiş və ilk dəfə olaraq kompozit fotorezistorların və fotovoltaik elementlərin yaradılması üçün yeni texnologiyalar təklif etmişdir.
Əsas elmi əsərləri: 
1. Керимов М.К., Оруджев И.Н., Курбанов М.А. Электретный и пьезо-электрический эффекты в полимер-пьезоэлектрик, кристаллизованных в условиях действия электрического разряда. Известия НАНА, 2003, №5, стр. 89-92
2. Керимов М.К., Оруджев И.Н., Шахтахтинский М.Г., Курбанов М.А. Фотоэлектрические эффекты в композитах полимер-полупроводник, кристаллизованных в условиях действия электрического разряда и температуры. Доклады НАНА, 2002, т. LVIII, №3-4, стр. 87-95.
3. Kеримов М.К., Оруджев И.Н., Шахтахтинский М.Г., Курбанов М.А.  Фотовольтаических эффект в композитах полимер-полупроводник- сегнетоэлектрик. Доклады НАНА, 2002, т. LVIII, LVIII, №1-2, стр. 68-75.
4. Керимов М.К., Оруджев И.Н., Курбанов М.А. , Плазменный способ получения высокоэффективных фотовольтаических композитов. İ 2006 0091
5. Керимов М.К., Оруджев И.Н., Курбанов М.А., Плазменный способ получения высокоэффективных фоторезистивных  композитов. İ 2007 0016
İctimai və siyasi fəaliyyəti:
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
2003-cü ildən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədridir. 
2006-2012-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri vəzifəsində çalışıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlarının Əlaqələndirmə Şurasının üzvü olmuşdur. 
2009 və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Vətəndaş Cəmiyyəti” təşviqat blokunun vəkili təyin edilmişdir.
2011-ci ildən mərkəzi qərargahı Brüssel şəhərində yerləşən Avropa Gənc Alimlər Şurasının (EURODOC) üzvüdür. Onun rəhbərliyi ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti ölkəmizi Avropa Gənc Alimlər Şurasında təmsil edir. 
2019-2021-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və məsul katibi, Azərbaycan Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri yanında İctimai şuraların, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) yanında Müstəqil Ekspertlər Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 2021-ci ildən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.  
Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin olunmuşdur. Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi istiqamətlərini kurasiya edir.

Təltif və mükafatları:
 Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 
2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə və 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı” ilə təltif edilib. 
“Bakı Dövlət Universitetinin 100 illiyi (1910-2019)” Azərbaycan Respublikasının xatirə medalı ilə təltif edilib. 
02 mart 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xatirə medalı ilə təltif edilib.
2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibətilə və hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə diplomla təltif edilib. 
 Müxtəlif beynəlxalq və yerli konfranslarda iştirakına görə fəxri fərman, diplomlarla təltif olunmuş və sertifikatlar almışdır.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl