ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Müqavilələrin imzalanma mərhələsi uğurla davam edir
03 FEVRAL 2023 - 12:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ilin dekabr ayında elan etdiyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin qalib təşkilatları ilə müqavilələrin imzalanma mərhələsi uğurla davam edir.  

Məlumat üçün bildiririk ki, “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Agentliyin Layihələrin idarə olunması departamentinin əməkdaşları və mühasiblər qısa müddətdə qaliblərlə müvafiq qaydada qrant müqavilələrinin bağlanmasını təmin edirlər.

Bir daha bütün qalib gələn təşkilatları təbrik edir və uğurlar diləyirik!

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl