Günel Səfərova
MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ
Səfərova Günel Məhərrəm qızı 14 iyul 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsili Bakı Avropa liseyində, ali təhsili Bakı Dövlət Universitetinin hüquq fakultəsində almışdır. Counterpart-İnternational, Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların sosial qiymətləndirilməsi layihəsinin rəhbəridir.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunur. “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.