ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azay Quliyev

MÜŞAHİDƏ ŞURASININ SƏDRİ

Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Аzərbаycаnın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.

1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Təhsili

Azay Quliyev 1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında təhsil alıb.

2007-2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasını bitirib, 2013-cü ildə "Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə" mövzusunda dissertasiya işi müdafiə edib.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

İngilis və rus dillərini bilir.

 

İctimai fəaliyyəti

Azay Quliyev 1993-1998-ci illərdə "Elitar" Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti, 2012-ci ildən Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədridir.

 

Dövlət və digər qurumlarda təmsilçiliyi

Azay Quliyev 1999-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvü, 2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasnın üzvü, 2001-2003-cü illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı katibliyinin eksperti, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, 2008-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, 2013-cü ildən Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü, 2021-ci ildən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədridir.

Milli Məclisin deputatı

Azay Quliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV,V və VI çağırış deputatıdır.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

2015-ci və 2020-ci ildə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

2005-ci ildən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, 2021-ci ildən İctimai Təşkilatlar və Dini Qurumlar Komitəsinin,  Azərbaycan-Türkiyə, Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya, Azərbaycan-Avstriya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İsveçrə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Serbiya, Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İspaniya və Azərbaycan-İtaliya Parlamentlərarası İşçi qruplarının üzvü, Azərbaycan-Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəridir.

 

ATƏT Parlament Assambleyasında fəaliyyəti

Azay Quliyev 2005-ci ildən ATƏT Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin üzvüdür.

2005-2013-cü illərdə Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarus və Gürcüstanda keçirilən seçkilərdə ATƏT Parlament Assambleyasının seçki müşahidə missiyalarının üzvü olub.

2013-2016-cı illərdə ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin Sədr müavini,  

2016-2022-ci illərdə ATƏT Parlament Assambleyasının Vitse-Prezidenti,  

2016-cı ildə Monteneqroda və həmin ildə Şimali Makedoniyada keçirilən parlament seçkilərində ATƏT Parlament Assambleyasının Seçki Müşahidə Missiyasının rəhbəri,

2017-ci ildə Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində, 2021-ci ildə Albaniyada keçirilən prezident seçkilərində ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri olub.

2017-ci ildən ATƏT Parlament Assambleyasının  "İpək Yolu  Qrupu"nun sədridir.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasında  Nümayəndə Heyətinin rəhbəridir.

2021-2022-ci illərdə ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi olub.

2022-ci ildən ATƏT Parlament Assambleyasının PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin Sədridir.

Digər Beynəlxalq Təşkilatlarda fəaliyyəti

Azay Quliyev 2011-2014-cü illərdə Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini olub,

2019-cu ildən Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının Koordinatorudur.

 

Müəllifi olduğu qanunlar

Azay Quliyevin təqdim etdiyi 2 qanun Milli Məclisdə qəbul edilib:

2009 — "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu

2013 — "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu.

 

Müəllifi olduğu beynəlxalq qətnamələr

Azay Quliyevin təqdim etdiyi 4 Qətnamə ATƏT-in Parlament Assambleyasında qəbul olunub:

     2013 — "ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi"

2014 — "ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması"

2015 — "ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq"

2018 — "Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması".

 

Azay Quliyevin ABŞ, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında vətəndaş cəmiyyətinin qarşısında dayanan aktual problemlərin təhlilinə həsr edilən 30-dan artıq elmi məqaləsi dərc olunub.

Ailəlidir, üç övladı var.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl