ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.
11 MAY 2023 - 17:00


İlk olaraq, nümayəndə heyəti Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, QHT-lərin Türkiyə Respublikasında fəaliyyəti və birgə əməkdaşlıq haqqında müzakirələr aparılıb.


Sonra Agentliyin nümayəndə heyəti Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin müavini Evrən Başarın rəhbərlik etdiyi heyətlə görüşüb. Görüş zamanı iki ölkə arasında Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri ilə daha da inkişaf edib qardaşlığa çevrilən dostluq münasibətləri, Türkiyənin və Azərbaycanın uğurları, QHT-lərin yerli və beynəlxalq fəaliyyətləri, birgə əməkdaşlıq və s. müzakirə edilib. Görüşün sonunda Agentliyin xatirə hədiyyəsi  təqdim edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl