ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirildi
09 AVQUST 2023 - 18:00

  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birgə “ Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 5.1, və 6.9-cu bəndlərinin ilkin və aralıq nəticələrinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri  Elşad Cəbrayılov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri  İlkin Kərimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüşdə mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 

“Ölkədə qida təhlükəsizliyinin həyata keçirilməsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda tədbir iştirakçılarına  geniş məlumat verilib.

Eyni zamanda Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzu ilə bağlı QHT-lərin sualları cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl