“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərinin nəticələri ilə bağlı ictimai müzakirə keçirildi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7. və 7.1.8.-ci bəndlərinin müzakirəsi və təkliflərin hazırlanmasına dair görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Zaur İbrahimov, Azər Allahverənov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Günay Mahmudova və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüşdə mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.
“Ölkədə Kənd təsərrüfatı sahəsində islahatların həyata keçirilməsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və Dövlət Proqramının aidiyyəti bəndlərinə təkliflər” mövzusunda tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzu ilə bağlı QHT-lərin sualları cavablandırılıb.