“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) məsul əməkdaşının iştirakı ilə “Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı qarşılıqlı görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov, İcraçı direktorun müavini Emil Çaparlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə menecer Natiq Lahıcov və ABB-nin Korporativ kommunikasiya şöbəsinin müdiri Yedgar Cəfərov iştirak ediblər.
Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və təşviqi müzakirə edilib, həmçinin mövzu ətrafında müzakirələr aparılıb.