ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı daha bir görüş keçirilib
19 SENTYABR 2023 - 09:00

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “PAŞA Bank”ın məsul əməkdaşları  ilə “Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqinin müzakirəsi” ilə bağlı görüş keçirilib. 


Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, İcraçı direktorun müavini Emil Çaparlı, Agentliyin departament rəhbəri Elnur Bağırlı, Agentliyin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov, “PAŞA Bank”ın Komplayns və İdarəetmə üzrə baş direktoru Anar Kərimov və Korporativ tərəfdaşlar ilə münasibətlər şöbəsinin eksperti Amir Məmmədov iştirak ediblər. 


Görüşdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafını nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi, dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların fəal cəlb edilməsi, bank sektoru ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində tədbirlər ətraflı müzakirə edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl