ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi tələb olunub
24 SENTYABR 2023 - 12:00

Sentyabrın 19-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Könüllü Assosiasiyalar Şurasının birgə təşkilatçılığı ilə “Regional QHT Məsləhətləşmələri” adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Ümid” Sosial İnkişafa Dəstək İB-nin İcraçı Direktoru İsrayıl İsgəndərov iştirak edib. İ.İsgəndərov plenar iclasdakı çıxışında azərbaycanlı qaçqınların hüquqları ilə bağlı məsələ qaldırıb, onların Ermənistandan zorla deportasiya edildiyini bildirib: “Ermənistan SSR-dən 1987-1991-ci illərdə deportasiya edilmiş etnik azərbaycanlıların sayı 200 min nəfərdən çox olub. Hazırda onların sayında əhəmiyyətli artım var. Ən böyük problem də onların qayıdışı ilə bağlıdır. Sizlərin diqqətini bu vacib məsələyə yönəltmək istəyir və BMT strukturlarını, BMT-nin Azərbaycandakı nümayəndəliyini, BMT QAK-nın Azərbaycandakı nümayəndəliyini bu məsələyə xüsusi diqqət yetirməyə çağırıram”.


“Regional QHT Məsləhətləşmələri” ənənəvi olaraq hər il keçirilir, bu dəfə tədbir həm də 2023-cü ilin dekabr ayına planlaşdırılan II Qlobal Qaçqınlar Forumuna yekun hazırlığı nəzərdə tutub.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl