“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihə başa çatıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihə başa çatıb.
3 ay davam edən layihədə sosial media üzrə ekspertlər, blogerlər, ictimai fəallar iştirak edib.
Mövzu üzrə sosial media eksperti Adnan Hüseyn, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov, “Mediamark” şirkətinin rəhbəri, sosial media mütəxəssisi Orxan Rzayev layihə iştirakçılarına müxtəlif təlim və seminarlar keçiblər.
Layihənin sonunda 20 fəal ABŞ-ın Miçiqan Dövlət Universitetinin sosial media üzrə onlayn kursunu uğurla başa vuraraq sertifikatlara yiyələniblər.