ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanda "Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib
07 OKTYABR 2023 - 09:00


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubu “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində elmi-praktiki konfrans keçirib. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qərbi Azərbaycan mövzusunda NDU-da tədqiqat işlərinin genişləndirildiyini bildirib.  


Bakı Politoloqlar Klubunun sədri, layihə rəhbəri Zaur Məmmədov “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir: Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda məruzə ilə çıxış edib. O, layihə çərçivəsində hazırlanan, respublikanın tanınmış elm adamlarının iştirakı ilə ərsəyə gətirilən “Qərbi Azərbaycan: tarixi-siyasi aspektlər” adlı məqalələr toplusu barədə ətraflı məlumat verib. 


Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu “Qərbi Azərbaycana qayıdış: beynəlxalq hüquqi əsasları və müasir çağırışlar kontekstində”, Naxçıvan Ali Məclisinin deputatı Elman Cəfərli “Qərbi Azərbaycan, Naxçıvan irsinin qorunmasında Ümumilli Lider Heydər Əliyevin rolu”, Naxçıvan Dövlət Universitetinin dosenti Abdulla Mustafayev “Ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların deportasiyası tarixi və Ulu Öndər Heydər Əliyevin deportasiya ilə bağlı bəyanatları, qərarları” mövzularında çıxışlar ediblər. 
Daha sonra konfrans interaktiv müzakirələrlə davam edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl