Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin fəal şəkildə istifadə edilməsi qərara alınıb.
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nazirliyin müvafiq strukturlarının rəhbərləri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri Günel Səfərova və Zaur İbrahimov, Agentliyin müvafiq bölmə rəhbərləri iştirak edib.