Gəncədə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubu “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində Gəncə şəhərində elmi-praktiki konfrans keçirib.
Konfransda çıxış edənlər Qərbi Azərbaycanla bağlı xatirələrindən danışıb, azərbaycanlıların deportasiyası zamanı erməni milliyyətçilərinin vandallıqlarından bəhs edib, azərbaycanlıların dinc yolla Göyçədəki, Zəngəzurdakı, İrəvandakı doğma evlərinə qayıdış hüququnun reallaşacağına inandıqlarını bildiriblər.
Konfrans çərçivəsində “Qərbi Azərbaycan: tarixi-siyasi aspektlər” adlı məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib.