ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Haaqada “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib
22 OKTYABR 2023 - 16:00

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Haaqada yerləşən “Nieuws poort” media mərkəzində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 


Konfransda qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtmaları üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq tədbirləri təqdim edilib, Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən “Zəngəzur” sənədli filmi nümayiş olunub. 


ATXƏM sədri İlham İsmayılov və digər çıxış edənlər doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.


Bildirilib ki, soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olduqca vacibdir. 


Tədbirdə Niderlanddakı Azərbaycan və Türkiyə icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl