“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai müzakirə keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirilib.
Müzakirədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri Elnur Bağırlı, Agentliyin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli və əhalinin sağlamlığının qorunması və narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən bir qrup QHT rəhbərləri iştirak ediblər.
Müzakirədə aidiyyatı qurumların bu sahədə apardığı fəaliyyət barədə məlumat diqqətə çatdırılıb. QHT-lər tərəfindən narkomaniyaya qarşı mübarizə ilə bağlı icra olunan layihələrin səmərəliliyini artırmaq məqsədilə təkliflər irəli sürülüb, qarşılıqlı müzakirələr aparılıb.