KOBİA ilə görüş keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında görüş keçirilib.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və qurumun digər məsul şəxsləri iştirak ediblər.
Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin stimullaşdırılması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iki qurum arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.