İqtisadiyyat Nazirliyinin məsul əməkdaşları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məsul əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri Natiq Lahıcov, İctimaiyyətlə əlaqələr üzrə menecer Ülviyyə Qarayeva, İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fariz Əhmədov, həmin şöbənin Regionlarla iş sektorunun müdiri Müşviq Mahmudov iştirak ediblər.
Görüşdə İqtisadiyyat Nazirliyi tərəfindən yeni yanaşma əsasında regional inkişafı ilə bağlı növbəti dövlət proqramının hazırlığı ilə əlaqədar strateji istiqamətlərin müzakirəsi aparılıb, qeyri-hökumət təşkilatlarının regional inkişaf proqramı çərçivəsində həyata keçirə biləcəkləri işlər barədə müzakirələr aparılıb.