“Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı növbəti beynəlxalq konfrans Naxçıvanda keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihəsi çərçivəsində növbəti eyniadlı beynəlxalq konfrans Naxçıvanda keçirilib.
Konfransda Ulu Öndər Heydər Əliyevin türk dünyası qarşısındakı xidmətləri ətraflı təhlil edilib, bu barədə məruzələr dinlənilib. Türkiyə, Qazaxıstan və Özbəkistandan olan ictimai-siyasi xadimlərin, ziyalıların videoçıxışları da təqdim olunub.