200-ədək QHT-nin iştirakı ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 2024-cü ilin qrant müsabiqələri ilə bağlı növbəti infosessiya keçirilib.
İnfosessiyada qrant müsabiqələrində iştirak üçün elektron sistemdə işləmə, “Məntiqi çərçivə”nin tərtibi qaydaları izah edilib və layihələrin təqdim olunması ilə bağlı suallar cavablandırılıb.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri Elnur Bağırlı və digər məsul şəxslər iştirak edib. İnfosessiyaya 200-ə dək QHT nümayəndəsi qatılıb.
Görüş “Zoom” platformasında onlayn formatda baş tutub.
Görüşə qoşulma bütün QHT-lər üçün sərbəst olub.