Elm və Təhsil Nazirliyində elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanları müzakirə edilib
Elm və Təhsil Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul şəxsləri elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanlarını birgə müzakirə ediblər.
Nazirliyin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova və digər məsul şəxslər aparılan təhsil islahatları barədə ətraflı məlumat veriblər. Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova və bir sıra QHT rəhbərləri də iştirak edib.