"Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilib
Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilib.
"Qadınlar: Parlaq gələcəyə aparan yol" mövzusunda panel müzakirəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edib. O, çıxışında Agentliyin qadın hüquqları mövzusunda dəstəklədiyi layihələr haqqında danışaraq, qadınların ictimai iştirakçılığının təmini və qeyri-hökumət təşkilatlarında təmsilçiliyi barədə məlumat verib.