Xarici ekspertlərlə minasız həyat və sağlam ətraf mühit mövzusunda görüşlər davam etdirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 6-7 dekabr tarixlərində keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun bir qrup iştirakçıları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində və BAMF-da görüşlər keçirilib.
Müzakirələrdə forum çərçivəsində qaldırılmış məsələlər, Azərbaycan dövlətinin üzləşdiyi mina problemi diqqət mərkəzində olub, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.