Apellyasiya Komissiyasına müraciət müddəti martın 28-nə kimidir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrindən şikayəti olan QHT-lər Agentliyin Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər. Apellyasiya Komissiyasına müraciət martın 28-si saat 23:59-a qədər Agentliyin e-poçt ünvanı - office@ngoagency.gov.az vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq.