ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tapılmış qalıqları əsasında şəxsiyyəti müəyyən edilmiş Xocalı soyqırımı itkinlərinin bir qrupu bu gün dəfn olunacaq
31 MART 2024 - 13:00

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarından şəxsiyyəti müəyyən edilmiş 7 nəfər bu gün Xocalıda Şəhidlər xiyabanında dəfn olunacaq.  Onların hamısı 1992-ci il Xocalı soyqırımının qurbanlarıdır. Qalıqların müayinəsi bu şəxslərin amansız üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qaldıqlarını üzə çıxarıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə kütləvi məzarlıqları hər vəchlə gizlətməyə çalışıb, bu gün də onların yerləri barədə dəqiq məlumat təqdim etmir. Buna baxmayaraq, Azərbaycan dövləti hər bir itkinin taleyinə aydınlıq gətirilməsi üçün mümkün bütün tədbirləri icra edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti qurumlarla birgə azad edilmiş ərazilərdə genişmiqyaslı axtarış, qazıntı və ekskumasiya işlərini davam etdirir. 
Bu gün Xocalıda dəfn olunacaq şəxslər aşağıdakılardır: 
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.
Bu gün həmin şəhidlərlə Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində vida mərasimi keçirilib. 
Vida mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən bir sıra QHT rəhbərləri də iştirak edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl