Məktəblilərdə mühəndislik ixtisasına maraq artırılır
“Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi 6 nömrəli, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəblərinin, Nərimanov rayonu 291 nömrəli ekologiya liseyinin və Xətai rayonu 261 nömrəli məktəb-liseyin 10-cu və 11-ci sinif şagirdləri üçün ixtisas seçiminə dair təlimlər keçirilib. İctimai Birliyin sədri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, bu qərarın onların təhsil, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb, diqqət yetirilməli nüanslara toxunub.
Təlimçilər şagirdlərə mühəndislik ixtisasları haqqında geniş məlumat verib, onların suallarını cavablandırıblar.
Təlimlər çərçivəsində şagirdlərə 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurma işləri tapşırılıb, onların komandada işləmə, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.