Azərbaycan QHT-ləri BMT-nin Beynəlxalq İqlim Konfransında fəal iştirak edir
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində “Dağlar və İqlim Dəyişikliyi üzrə Ekspert Dialoqu” müzakirəsinə qatılıb. Müzakirə zamanı iqlim dəyişmələrinin dağlardakı ekoloji balansın pozulması ilə bağlı məsələlərin NDC-lərə daxil edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Pərvanə Vəliyeva toplantıda “Environmental Protection First” QHT Koalisiyasının qanunsuz istismar işi aparan dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətinin ekoloji fəsadları ilə əlaqədar məqama toxunub, bu xüsusda transsərhəd çayların çirkləndirilməsi, Araz çayının ekoloji mühitinin pozulması ilə bağlı fikirlər səsləndirib.
Konfrans çərçivəsində həmçinin “Loss and Damage Fondu”un 3-cü Qlazqov dialoquna qatılan P.Vəliyeva bir sıra xarici QHT-lərlə müzakirələr aparıb. O, həmçinin YOUNGO-nun rəhbəri, Almanyadan olan Romie Niedermayer ilə də görüşüb.
Qeyd edək ki, Bonnda bir sıra Azərbaycan QHT-ləri də iştirak edir, onlar qlobal diskussiyalara qatılır.