Naxçıvan MR-da müharibə iştirakçıları üçün biznes təlimləri keçirilir
"Vətən bağı" Sosial Təşəbbüslər İctimai Birliyi "Müharibə iştirakçıları üçün biznes təlimləri” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şahbuz, Şərur, Kəngərli, Sədərək və Babək rayonlarında şəhid ailələri, müharibə iştirakçıları və veteranlar üçün təlimlər keçirilib.
İctimai Birliyin sədri Emin Tarverdiyev sahibkarlıq təlimlərində biznes planının tərtib olunması, brendin yaranması, düzgün biznes strategiyasının qurulması və digər biliklərin doğru öyrənilməsinin vacibliyindən danışıb, diqqət yetirilməli nüanslara toxunub.
Təlimlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə başlamaq üçün tövsiyələr verilib.
Təlimlər Culfa, Ordubad və Naxçıvan şəhərində də davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.