“Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” layihəsi icra olunacaq
Yaxın günlərdə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihənin icrasına başlayacaq. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə doğma yurdlarına qayıtmış yerli sakinləri, quruculuq sahəsində çalışan insanları ərazinin heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq, bu təhlükəli heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.
Layihə çərçivəsində Füzuli, Zəngilan, Laçın rayonlarında yerli icmalarla görüşlər təşkil ediləcək, iştirakçılara yırtıcı məməlilərə və quşlara, zəhərli ilanlara, əqrəb və cücülərə həsr olunmuş bukletlər paylanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.