ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şamaxıda inklüziv formada düşərgə keçirilib
01 AVQUST 2024 - 09:10


“Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyi  “Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” layihəsinin icrasını yekunlaşdırıb.  
Layihə çərçivəsində iyulun 25-26-da Şamaxıda inklüziv formada düşərgə təşkil edilib. 
İctimai Birliyin sədri Şamil Sabirzadə bildirib ki, layihənin məqsədi məzun olmağa hazırlaşan nitq və eşitmə qabiliyyəti pozulmuş gənclərə sağlam həyat tərzini təbliğ etməkdir.
Düşərgə zamanı gənclərdə sürət və güc qabiliyyətini, çevikliyi, diqqəti yoxlamaq və inkişaf etdirmək üçün futbol, kəndirdartma, kisələrdə qaçış və digər yarışlar təşkil edilib.  
Qeyd edək ki, ilk düşərgə Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli  xüsusi internat məktəbində təşkil olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl