ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” layihəsi icra olunur
09 AVQUST 2024 - 12:00

“Çıraq” Uşaq İnkişaf Mərkəzi “Fiziki məhdudiyyətli uşaqların reabilitasiyası” adlı layihənin icrasını davam etdirir.

Layihə çərçivəsində Sumqayıtın Corat qəsəbəsindən olan 3-15 yaş arası 20 fiziki məhdudiyyətli uşağa sosial reabilitasiya xidmətləri göstərilib.

İctimai Birliyin sədri Zeynəb Hacıyeva bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Layihənin icrası zamanı uşaqlara ixtisaslı pedaqoq və loqoped tərəfindən təlimlər keçirilib. Təlimlər fərdi və qrup şəklində aparılaraq, sosiallaşma, ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri və digər sahələri əhatə edib. Təlimlərdən sonra valideynlərlə də dəstək xarakterli işlər aparılıb.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl