ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qərbi Azərbaycan aşıqlarının konserti keçirilib
25 AVQUST 2024 - 12:00

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin icra etdiyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində 2024-cü il avqustun 23-də Nizami Kino Mərkəzində Qərbi Azərbaycan aşıqlarının konserti keçirilib. Konsertdə Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edilib, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, aşıqlar, QHT və media nümayəndələri iştirak edib.

İctimai Birliyin sədri Xətai Ələsgərli bildirib ki, layihənin məqsədi Azərbaycan aşıq sənətini Qərbi Azərbaycan aşıqlarının timsalında xalq arasında xüsusilə də, yeniyetmə və gənclər arasında təbliğ etməkdir.

Tədbirdə Aşıq Ələsgərin yaradıcılığından geniş bəhs edilib, onun sözləri müxtəlif aşıq havaları üstündə ifa edilib, aşıq sənəti haqqında çıxışlar edilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl