Apellyasiya Komissiyası fəaliyyətdə olacaq
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi "COP29-la bağlı beynəlxalq təşəbbüslər" böyük və orta qrant müsabiqələrinin nəticələrindən şikayəti olan QHT-lər Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər. Apellyasiya Komissiyasına müraciət sentyabrın 27-si saat 23:59-a qədər Agentliyin e-poçt ünvanı - office@ngoagency.gov.az vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq.