Qədim Şamaxı arxeoloji abidəsinin mühafizə vəziyyəti öyrənilib
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Fariz Xəlilli bildirib ki, layihənin məqsədi Şamaxı, İsmayıllı və Ağsu rayonlarında üzərində müasir yaşayış massivlərinin olduğu tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə vəziyyətini araşdırmaq və ictimaiyyəti maarifləndirməkdir.
Layihə çərçivəsində Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti dəyərləndirilib və 23 sentyabr 2024-cü il tarixində Şamaxıda görüşlər keçirilib.
Görüşdə müzakirələr aparılıb, təkliflər dinlənilib. İctimai Birlik tərəfindən məlumatlar toplanaraq aidiyyəti qurumlara təqdim ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.