ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxda gənclər arasında intellektual yarış keçirilir
26 SENTYABR 2024 - 11:10

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi  "Solo Brain" fərdi intellektual turnir layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Tükəzban Süleymanova bildirib ki, layihənin məqsədi gənclərin intellektual dünyagörüşlərinin möhkəmləndirilməsinə, istedadlı gənclərin aşkar edilməsinə dəstək olmaq və intellektual oyunlar bazasının yaradılmasıdır. 
Layihə çərçivəsində Qazax Gənclər Evində keçirilən bilik yarışının seçim turunda ümumilikdə 20 gəncə yazılı formada 30 sual təqdim olunub. Nəticədə 16 gənc qrup mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsinin qalibləri sentyabrın 24-də “A” və “B”, 25-də isə “C” və “D” qruplarında oyunlarda iştirak ediblər. "Breyn Rinq" formatında baş tutan oyunların hər birində 16 sual səsləndirilib. Qaliblər sentyabrın 30-da yarımfinal oyununda iştirak edəcək. Oktyabrın 1-də isə final oyunu keçiriləcək. 
Finalda ilk üç yeri tutan gənclər müvafiq kubok, diplom və hədiyyələrlə təltif olunacaqlar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl