2026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi” İctimai Birliyi “Şəhər hamımız üçün: inklüziv baxış, yaradıcı ifadə” adlı tədbir keçirib. Tədbirin məqsədi inklüzivliyin təşviqi, yaradıcı ifadə imkanlarının genişləndirilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının ictimaiyyətə təqdim olunması olub. Proqram çərçivəsində autizm və daun sindromlu uşaqların hazırladığı rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib, müxtəlif bədii çıxışlardan ibarət proqram təqdim edilib.






























