Məhz belə yüksək intellektual potensialı olan bir ölkədə qüdrətli vətəndaş cəmiyyəti yarana bilər.

İmza
Ulu Öndər
logo-vertical.png

Nizamnamə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi

Mənbə: President.az

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) qeyri-hökumət təşkilatlarının inkişafı, onların dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərinin, proqram və layihələrinin dəstəklənməsi, bu istiqamətdə müvafiq əlaqələndirmə aparılması, dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən, Azərbaycan Respublikasının dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirən publik hüquqi şəxsdir;

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.6-1. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.6-1.1. tam halda – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs, qısaldılmış halda – QHT Agentliyi;

1.6-1.2. ingilis dilində tam halda – “Agency on State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan” public legal entity, qısaldılmış halda – NGO Agency.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.3. dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etmək;

2.1.4. qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərini, proqram və layihələrini dəstəkləmək, bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək, habelə dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək və təşviq etmək;

2.1.5. qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etmək;

2.1.6. qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;

2.1.7. dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan qeyri-hökumət təşkilatları tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

2.1.8. qeyri-hökumət təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, maliyyə yardımı göstərmək;

2.1.9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi

25.12.2025
Yüklə